media-nobel

“28 Mall”da yerləşən “Əli və Nino” kitab mağazasına gələndə ilk olaraq Nobel mükafatı laureatlarının kitablarını soruşuram.

ERAmedia xəbər verir ki, Milli Məclisin sabiq deputatı Etibar Əliyev sosial şəbəkə hesabında etdiyi paylaşımda Nobel laureatlarının əsərlərinə xüsusi maraq göstərdiyini bildirib.

O qeyd edib ki, kitabxanasında Nobel mükafatı laureatları üçün ayrıca rəf ayırıb və 200-dən çox Nobel laureatının əsərlərini, eləcə də onlar haqqında yazılmış dəyərli kitabları əldə edib.

“Onların əhatəsindəyəm. Bu gün məni sevindirdilər”, – deyə Etibar Əliyev vurğulayıb.

Paylaşımında Nobel mükafatı laureatı Venki Ramakrişnananın yeni əsərini aldığını bildirən Etibar Əliyev kitabın adının da diqqətçəkən olduğunu qeyd edib. “Biz nə üçün ölürük” adlı kitab elmin populyarlaşdırılmasına həsr olunmuş əsərlər sırasında təqdim olunur.

Etibar Əliyevin sözlərinə görə, Ramakrişnan elmin populyarlaşdırılmasında müstəsna xidmətləri olan alimdir. O, həmçinin Nobel laureatını Azərbaycanın tanınmış alimi Əziz Sancarın “bəşəriyyətin ən böyük kimyaçılarından biri” hesab etdiyi alim kimi təqdim edib.

Venki Ramakrişnan 2009-cu ildə ribosomların strukturu və funksiyasının tədqiqinə verdiyi töhfələrə görə Ada Yonat və Tomas A. Steyts ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülüb.

Etibar Əliyev əlavə edib ki, Ramakrişnan 2015-ci ildən London Kral Cəmiyyətinin prezidenti olub və ABŞ Milli Elmlər Akademiyasının üzvüdür.

Sabiq deputat qeyd edib ki, Venki Ramakrişnananın bundan əvvəl yazdığı “Genetik detektiv” əsərinin təqdimatını da özü aparıb.

O, Nobel laureatının yeni kitabını kitabxanasına əlavə etməsindən məmnunluğunu ifadə edib.


media-adspc

Bənzər xəbərlər