media-1284259

İranın yüksək vəzifəli məmurları arasında təhlükəsizliklə bağlı narahatlıq güclənib.

ERAmedia xəbər verir ki, Qərb mətbuatının yazdığına görə, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümündən sonra bir çox rəsmi şəxs əlavə ehtiyat tədbirləri görməyə başlayıb.

“The New York Times” qəzetinin mənbələrinə görə, bəzi rəsmilər bir-biri ilə əlaqə saxlayaraq vəziyyəti müzakirə edir və mümkün riskləri qiymətləndirməyə çalışırlar. Nəşr bildirir ki, paytaxt Tehranda yüksək səviyyəli şəxslər arasında gərgin atmosfer yaranıb.

“The Wall Street Journal” isə iddia edir ki, İsrail kəşfiyyatının əməkdaşları İranın bəzi hərbi rəhbərləri ilə əlaqə saxlayaraq onları hədələyiblər. Qəzet həmçinin İran polisinin yüksək rütbəli nümayəndəsi ilə “Mossad” agenti arasında baş verdiyi iddia olunan telefon danışığının mətnini də yayımlayıb.

“The Wall Street Journal” qəzetinin məlumatına əsasən, Tehranda təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi ilə bağlı tədbirlər görülür. Bəzi yaşayış binalarına təhlükəsizlik əməkdaşları köçürülür, sakinlər isə həmin ərazilərdən çıxarılır. Nəşr iddia edir ki, İsrail əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən İranın təhlükəsizlik və hərbi strukturları ilə əlaqəli obyektlərə zərbələr endirir.

Vural


media-adspc

Bənzər xəbərlər