Növbəti köç karvanı Daşbulaq kəndinə çatıb
Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.
Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Daşbulaq kəndinə 8 ailənin (24 nəfər) daimi qayıdışı təmin edilir.
Bununla da kəndə qayıdan ailələrin sayı 21-ə (91 nəfər) çatacaq.









