Novxanı-Pirşağı yolunda avtoqəza olub
Abşeron rayonu Goradil qəsəbəsi Novxanı-Pirşağı yolunda avtonəqliyyat hadisəsi baş verib.
ERAmedia xəbər verir ki, hərəkətdə olan 90-SN-062 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili 90-RD-641 dövlət nömrə nişanlı Opel markalı avtomobil və 10-SV-428 dövlət nömrə nişanlı digər minik avtomobili ilə toqquşub. Hadisə zamanı xəsarət alan olmayib.
Hadisə ilə bağlı araşdırma aparılır.










