media-lblpocktpdfsuwx98v3ufmrae2gcpwvr2pxun18x_1200
media-bant_master

Abşeron rayonu, Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsində yaşayan sakinlər ərazidə piyada keçidinin olmamasından şikayət edirlər.

Sakinlərin sözlərinə görə, piyada keçidinin və xəbərdaredici yol nişanlarının olmaması nəticəsində bu yolda bir neçə nəfər avtomobil vurması səbəbindən həyatını itirib. Məhz bu səbəbdən yerli əhali sözügedən yolu “ölüm yolu” adlandırır.

“Bu yolda nə yol nişanı var, nə də piyada keçidi. Gənc bir gəlin avtomobil vurması nəticəsində həyatını itirdi, iki uşağı yetim qaldı. Mənim nənəmi də burada maşın vurdu, o da dünyasını dəyişdi”, – deyə sakinlərdən biri bildirib.

Digər sakin isə xüsusilə məktəbdən çıxış saatlarında təhlükənin daha da artdığını vurğulayıb: “Saat 18:30-da uşaqlar dərsdən çıxırlar. Sürücülər onlara yol vermirlər. Yolun hər iki tərəfində qadınları avtomobil vurub və nəticədə hər iki şəxs həyatını itirib”.

Sakinlər aidiyyəti qurumlardan ərazidə piyada keçidinin çəkilməsini və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.

Daha ətraflı Baku TV-nin videomaterialında:

 

 


media-adspc

Bənzər xəbərlər