media-whatsapp-image-2026-04-24-at-10-19-18

ABŞ-li tədqiqatçıların 2025-ci ildən etibarən Durupınar Formasiyası ətrafında apardıqları araşdırmalar zamanı yeraltını skan edən radar texnologiyası ilə tunelə bənzər bəzi strukturların aşkar edildiyi iddia olunur.

ERAmedia xəbər verir ki, Ağrı dağının Doğubayazıt rayonunda yerləşən Durupınar Formasiyası ətrafında aparılan son tədqiqatlar uzun illərdir müzakirə edilən “Nuhun gəmisi burada ola bilərmi?” sualını yenidən gündəmə gətirib.

ABŞ-li araşdırmaçıların 2025-ci ildən davam etdirdiyi işlər çərçivəsində yeraltını tədqiq edən radar vasitəsilə tuneləbənzər strukturların aşkarlandığı bildirilir.

Böyük Ağrı dağının zirvəsindən (Atatürk zirvəsi kimi də tanınır) təxminən 29 kilometr cənubda yerləşən və 164 metr hündürlüyə malik Durupınar sahəsinin forması maraqlı şəkildə gəmiyə bənzəyir.
Bu isə İslam, yəhudilik və xristianlıq kimi səmavi dinlərdə yer alan Nuh tufanı rəvayətində Nuh peyğəmbərin inşa etdiyi gəminin qalıqlarının məhz bu ərazidə ola biləcəyi inancını gücləndirir.

Ərazi ilk dəfə 1948-ci ildə müəyyən edilib. 1970-ci illərin sonlarında özünü həvəskar arxeoloq kimi təqdim edən Ron Vyatt bu sahəyə diqqət çəkmişdi. Vyatt buranın Nuhun gəmisinin lövbər saldığı yer olduğunu iddia etdikdən sonra bu fikir sürətlə yayılıb.

Ötən il Vyatt və komandası bu iddianı sübut etmək məqsədilə ərazidə radar vasitəsilə araşdırmalara başlamışdı.

Özünü müstəqil tədqiqatçı kimi təqdim edən və layihədə iştirak edən Endryu Cons yer radarı ilə apardığı araşdırmalarda yeraltında bir-biri ilə əlaqəli “dəhlizlər” aşkar etdiyini iddia edib və bu açıqlama layihəni yenidən diqqət mərkəzinə gətirib.

“GB News”a danışan Cons bildirib ki, bu strukturlar ortada boş bir sahəyə, onun “atrium” adlandırdığı məkana açılır.

Araşdırma qrupuna görə, bu quruluş Tövratda təsvir edilən və gəminin üç mərtəbəli daxili bölmələrdən ibarət olduğunu bildirən təsvirlərlə uyğunluq təşkil edə bilər. Həmçinin infraqırmızı termoqrafiya kimi metodlarla aparılan ölçmələrin də torpaq altında gəmi tipli bir quruluşa işarə etdiyi iddia olunur.

Ağrı dağından təxminən 30 kilometr cənubda yerləşən Durupınar Formasiyası müasir dövrdə ilk dəfə 1948-ci ildə güclü yağışlar və zəlzələlərdən sonra aşkarlanıb.

Müqəddəs mətnlərdə Nuhun gəmisinin tufandan sonra “Ağrı dağları”na oturduğu qeyd edilir. Bu səbəbdən bölgədə gəmiyə bənzəyən bu geoloji quruluş uzun illərdir həvəskar tədqiqatçıların diqqətini cəlb edir.
Tövratda gəminin uzunluğunun təxminən 300 arşın (təxminən 157 metr) olduğu bildirilir. Durupınar Formasiyasının ölçülərinin bu göstəricilərə yaxın olması ilə bağlı iddialar da müzakirələri gücləndirən amillərdən biridir.

Araşdırma qrupu 2024-cü ildə bölgədən 88 müxtəlif torpaq nümunəsi topladıqlarını və analizlər zamanı yüksək kalium səviyyələri aşkar etdiklərini açıqlayıb. Bu vəziyyətin keçmişdə böyük miqdarda taxtanın çürüməsi ilə əlaqəli ola biləcəyi irəli sürülür.

Son müsahibəsində Cons səthin təxminən 6 metr dərinliyinə qədər uzanan bucaqlı strukturların aşkarlandığını və bunların göyərtə altındakı otaqlara işarə edə biləcəyini bildirib. Bundan əlavə, formasiya daxilində bitən bitkilərin xaricdə olanlara nisbətən fərqli rəngdə olması da komanda tərəfindən “insan mənşəli ola bilər” kimi şərh edilir.
Lakin bu iddialar elmi ictimaiyyət tərəfindən ümumi qəbul görmür. Bir çox geoloq Durupınar Formasiyasının tamamilə təbii proseslər nəticəsində formalaşmış geoloji quruluş olduğunu bildirir. Xüsusilə sürüşmələr və palçıq axınlarının bu tip formalar yarada biləcəyi vurğulanır.

Digər tərəfdən, araşdırma qrupu növbəti mərhələdə qazıntı işləri apararaq daha dərin nümunələr əldə etməyi və mümkün olarsa, strukturun daxilinə kamera yerləşdirməyi planlaşdırır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər