Numan Kurtulmuş dostluq qrupu üzvləri ilə görüşüb
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası dostluq qruplarının ikinci üçtərəfli toplantısı çərçivəsində nümayəndə heyətlərini qəbul edib.
ERAmedia xəbər verir ki, görüş barədə TBMM Sədri N.Kurtulmuş paylaşım edib.
Görüşdə ölkələr arasında dostluq və əməkdaşlığın gücləndirilməsi, parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub. Kurtulmuş qardaş ölkələr arasında münasibətlərin bütün sahələrdə inkişafının vacibliyini qeyd edib.