media-whatsapp-image-2026-09-16-at-11-37-46

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qəbulundan sonra onun təsviri ilə bağlı maraqlı tarixi sənəd üzə çıxıb.

ERAmedia xəbər verir ki, 1918-ci il noyabrın 19-da Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Putadan Əbdülkərim Paşaya göndərdiyi raportda Azərbaycan hökumətinin yeni bayrağı barədə məlumat verib və sənəddə onun eskizini də çəkib.

Nuru Paşa raportunda bayrağın üç üfüqi rəngdən – yuxarıda mavi, ortada qırmızı, aşağıda isə yaşıl rəngdən ibarət olduğunu qeyd edib. Sənəddə orta hissədə yerləşən qırmızı zolağın üzərində ağ aypara və ulduzun təsvir edildiyi də göstərilib.

Raportun müvafiq hissəsində belə yazılıb:

“Hökuməti-i Cümhuriyyə bayrağı sancaq dirəyinə amud (sütun) olmaq üzərə üstündə mavi, ortada qırmızı, altında yaşıl olmaqla üç rəngdən və ortadakı qırmızı qismində bəyaz olaraq bir ay-ulduzdan ibarət bulunmaqdadır”.

Tarixi sənəddə Nuru Paşanın bayrağın rənglərini qələmlə qeyd etdiyi də görünür. Qırmızı hissə birbaşa rənglə çəkilib, mavi və yaşıl sahələrin üzərində isə Osmanlı əlifbası ilə müvafiq olaraq “mavi” və “yaşıl” sözləri yazılıb.

Bu sənəd 1918-ci ildə Azərbaycan bayrağının təsvirinin Qafqaz İslam Ordusunun komandanlığına məlum olduğunu göstərən diqqətçəkən tarixi materiallardan biri kimi qiymətləndirilir.

Vural


media-adspc

Bənzər xəbərlər