Nyu-Yorkun müsəlman merindən nümunəvi davranış
ABŞ-ın ən böyük şəhəri olan Nyu-York tarixinin ən güclü qar fırnalarıtından birini yaşayarkən şəhərdə həyat demək olar ki, dayanıb.
ERAmedia xəbər verir ki, səyahət qadağası elan olunan meqapolisdə şəhərin müsəlman meri Zohran Mamdani sahur vaxtı xidmət əməkdaşları ilə bir araya gəlib.
Şiddətli qar yağışı və dondurucu soyuqların təsiri altında qalan şəhərdə yollar bağlanıb, fövqəladə vəziyyət tədbirləri gücləndirilib. Bu şəraitdə Mamdani isti kabinetində qalmaq əvəzinə, küçələrə enərək qar təmizləyən işçilərin və xidmət personalının yanına gedib.
Sahur süfrəsində əməkdaşlarla görüşən mer onlarla söhbət edib, dua edərək mənəvi dəstək göstərib. Onun sadə və xidmət yönümlü davranışı sosial mediada və yerli ictimaiyyətdə rəğbətlə qarşılanıb.
Şəhərdə həyatın iflic olduğu bir vaxtda baş tutan bu görüş həmrəyliyin və sosial məsuliyyətin nümunəsi kimi qiymətləndirilib. Bir çoxları bu addımın “şəfqət və ədalət dəyərlərinin” simvolu olduğunu qeyd edib.
Vural










