media-860
media-bant_master

30 ildən çoxdur ki, zorən “Kartli” sanatoriyasının sakinlərinə çevrilən Abxaziya qaçqınlarının hekayətindən bəhs edən “Kartli həyatı” filmi Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında (IDFA) “Ən Yaxşı Rejissor” mükafatının qalibi olub.

ERAmedia xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.

Gürcüstan hökumətinin məlumatına görə, ölkədə Abxaziya və Cənubi Osetiyadan olan 267 mindən çox məcburi köçkün qeydiyyatdadır. Onlar 1992-1993-cü illərdə Gürcüstanda başladılan Abxaziya və 2008-ci ildə a Cənubi Osetiyada alovlandırılan “münaqişələrinin” qurbanına çevrilərək evlərini tərk etmək zorunda qalan insanlardır.

Gürcü qaçqınlarının bir qisminin həyatı haqqında filmin gürcü rejissoru Tamar Kalandadze və fransız fotoqrafı Julien Pebrelin “Kartli həyatı” filmi “Ən yaxşı rejissor” mükafatını qazanmaqla yanaşı, “Ən yaxşı debüt” nominasiyasında xüsusi qeyd olunub.


media-adspc

Bənzər xəbərlər