media-222277_cak8c2s8ns

Küveytin Ulu məscidində ölkədə mövcud olan “müharibə şəraiti” səbəbindən Ramazan bayramı namazının qılınmayacağı açıqlanıb.

ERAmedia xəbər verir ki, Küveytin Rabitə Nazirliyi “X” sosial şəbəkə platformasında Ulu cami tərəfindən yayımlanan açıqlamanı paylaşıb.

Açıqlamada bildirilir ki, “mövcud şərtlər nəzərə alınaraq, Ulu cami Ramazan bayramı namazını qılmaq istəyənləri qəbul edə bilməyəcək”.

Küveyt Müdafiə Nazirliyinin yaydığı məlumatda isə qeyd olunub ki, ölkənin hava məkanında 23 düşmən pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Onlardan 20-si vurulub, 3-ü isə təhlükə zonasından kənarda düşüb və hər hansı təhlükə və ya dağıntıya səbəb olmayıb.

Xatırladaq ki, İsrail və ABŞ, Tehran ilə Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda, 28 fevral tarixində İrana qarşı hərbi hücuma başlayıb.

İran isə buna cavab olaraq İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn başda olmaqla bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələr endirib.

ABŞ və İsrailin hücumları nəticəsində İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla çox sayda yüksək vəzifəli şəxs həlak olub.

İran rəsmilərinin məlumatına görə, ABŞ və İsrailin hücumları nəticəsində ölənlərin sayı 1348-i, yaralananların sayı isə 17 mini keçib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər