media-obama-750x536

ABŞ-ın sabiq prezidenti Barak Obama həftəsonu səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə geniş rezonans doğurub. O, podkast müsahibəsində yadplanetlilərin mövcud ola biləcəyini bildirib.

ERAmedia xəbər verir ki, “The Washington Post” qəzetinin yazdığına görə, yayımlanan müsahibədə Obama “Onlar realdır, amma mən onları görməmişəm” deyə qeyd edib.

Keçmiş prezident eyni zamanda konspiroloqların tez-tez gündəmə gətirdiyi yeraltı gizli obyektlər barədə iddialara da münasibət bildirib. O vurğulayıb ki, belə obyektlərin mövcudluğu ilə bağlı hər hansı məlumatı yoxdur, yalnız böyük bir gizli sui-qəsd olubsa və bu fakt prezident olduğu dövrdə ondan belə gizlədilibsə, bu başqa məsələdir.

Məlumata görə, açıqlama 47 dəqiqəlik müsahibənin 44-cü dəqiqəsində səsləndirilib. Bundan sonra sosial şəbəkələrdə geniş müzakirələr başlayıb. Xüsusilə UNO nəzəriyyələrinin tərəfdarları hakimiyyətin illərdir müəyyən məlumatları gizlətdiyini iddia edərək müzakirələrə fəal qoşulublar.


media-adspc

Bənzər xəbərlər