Ögey atasının soyadını seçdi, sovet kinosunun ulduzuna çevrildi
Sovet kinosunda gözəlliyi ilə seçilən aktrisalardan biri kimi tanınan İrina Azərin həyat hekayəsində Azərbaycan xüsusi yer tutur.
ERAmedia xəbər verir ki, 1949-cu ildə Bakıda dünyaya gələn aktrisanın Azərbaycanla bağlılığı yalnız doğulduğu şəhərlə məhdudlaşmayıb.
İrina Azərin valideynləri İkinci Dünya Müharibəsi illərində tanış olublar. Müharibə başa çatdıqdan sonra onlar Azərbaycanda qalaraq əmək fəaliyyətlərini burada davam etdiriblər. Lakin sonradan aktrisanın atası Polşaya qayıtmalı olub.
İrina Azərin tərbiyəsində isə onun ögey atası mühüm rol oynayıb. Cənubi Azərbaycandan olan imkanlı bir ailənin nümayəndəsi Rza Azər aktrisanı böyüdüb və onun həyatında ata obrazını formalaşdırıb. İrina da məhz ögey atasına olan bağlılığını öz soyad seçimində göstərərək Azər soyadını qəbul edib.
Sonrakı illərdə İrina Azər sovet kinosunda tanınan simalardan birinə çevrilib. Xarici görünüşü və sarışın obrazı ilə diqqət çəkən aktrisa bir müddət mətbuat tərəfindən sovet kinosunun ən gözəl sarışını kimi təqdim olunub.
Beləliklə, onun sənət yolu ilə yanaşı, seçdiyi soyad da həyat hekayəsinin Azərbaycanla bağlı mühüm səhifələrindən birinə çevrilib.
Vural









