media-17801293832921942040_1200x630

Oğuz rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

ERAmedia xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki sakini Amil Əmiraslanovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və 45 yaşlı sərnişin Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. A. Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalsa da, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər