media-1774111004_1755323881_1678258014_zelzele

Samoa paytaxtı Apiadan (Upolu adası) 204 km cənub-qərbdə, Sakit okeanda 5,5 bal gücündə zəlzələ baş verib.

ERAmedia xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Tafahi adasından (Tonqa Krallığı) 127 km şimal-şərqdə yerləşib.

Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ “çox güclü” kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin gücünü 5,9 bal olaraq qiymətləndirib, ocağı isə 13 kilometr dərinlikdə yerləşib


media-adspc

Bənzər xəbərlər