media-1554976950_yagis
media-bant_master

Oktyabrın 29-u axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 30-u gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

ERAmedia-ya Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal edilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.


media-adspc

Bənzər xəbərlər