media-photo_5467668890696485638_y

Kolumbiyada dövlətə məxsus “Satena” hava yollarına aid sərnişin təyyarəsi Cucuta şəhərindən Ocana istiqamətinə uçarkən radardan itib.

ERAmedia xarici KİV-ə istinadən xəbər verir ki, uçuşda 13 sərnişin və iki ekipaj üzvü olmaqla ümumilikdə 15 nəfər olub.

Təyyarə dünən səhər saat 11:42-də havaya qalxıb və təxminən 12:05-də Ocana şəhərinə enməli idi. Təyyarə ilə hava nəzarət qurumları arasında son əlaqə isə 11:54-də qurulub.

Uçuşda Kolumbiya Nümayəndələr Palatasının üzvü Diogenes Quintero və yaxınlaşan seçkilərdə namizəd olan Carlos Salcedo da olub.

Rəsmilər və hərbi-xilasetmə qüvvələri təyyarəni axtarmaq üçün dağlıq və çətin keçilən ərazi olan Catatumbo bölgəsində əməliyyatlara başlayıblar. Kolumbiya nəqliyyat və aviasiya orqanları qəzanın səbəbini müəyyən etmək üçün araşdırmalara davam edirlər.

Vural


media-adspc

Bənzər xəbərlər