Ölkə üzrə pensiyaların ödənişi sabah tam yekunlaşacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyulun 22-də respublika üzrə iyul ayının pensiyalarının tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
ERAmedia-ya bu barədə DSMF-dən məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.









