media-audit

Abdulla Məşədi Sadıq oğlu 1888-ci ildə Gəncə şəhərində anadan olmuş, əslən Urmiyadan olan azərbaycanlı maarif xadimidir. O, ilk təhsilini Gəncə Kişi Gimnaziyasında alıb, daha sonra Kiyev Kommersiya İnstitutunda oxuyub. Maddi çətinliklər səbəbindən təhsilini fasilələrlə davam etdirib və müxtəlif dövrlərdə institutdan kənarlaşdırılaraq yenidən bərpa olunub.

ERAmedia xəbər verir ki, o, Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif maarif və inzibati vəzifələrdə çalışıb, sonrakı həyatı haqqında isə dəqiq məlumatlar məhduddur.

1906-cı il sentyabrın 1-dən 1912-ci il iyunun 2-dək Gəncə Kişi Gimnaziyasında təhsil alıb. Gimnaziyanı bitirdikdən sonra 1912-ci ildə Kiyev Kommersiya İnstitutunun kommersiya-texnika bölməsinə daxil olub. Təhsil haqqını ödəməkdə çətinlik çəkdiyi üçün təhsilini fasilələrlə davam etdirmək məcburiyyətində qalıb.

1916-cı ildə yenidən təhsil haqqını ödəyə bilmədiyi üçün institutdan xaric olunub, daha sonra isə yenidən bərpa edilib. Maddi çətinliklər səbəbindən V semestrdə təhsilini dayandırıb. Oktyabr inqilabından sonra Azərbaycana qayıdıb.

1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra, 1919-cu il iyulun 28-də Gəncə şəhərində əmək müfəttişi vəzifəsinə təyin olunmaq üçün müraciət edib. Avqustun 10-da Şəki şəhərinə həmin vəzifəyə təyin olunub.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə xarici ali məktəblərə tələbələrin göndərilməsi planı çərçivəsində 1919-cu il sentyabrın 1-də qərar qəbul edilib və bu məqsədlə vəsait ayrılıb.

1919-cu il oktyabrın 25-də xalq maarif naziri Rəşid xan Qaplanovun əmri ilə Gəncə şəhərindəki Ələkbər bəy Rəfibəyov adına 17 nömrəli məktəbdə Əlifba sinfinə müəllim təyin olunub. Ona 21 min manat təqaüd ayrıldığı qeyd olunur. Ali təhsilini tam bitirməsi barədə dəqiq məlumat yoxdur.

1921-ci ildə Tovuz Qəzası Xalq Maarif Şöbəsinin rəhbəri olub. 1922-ci ildən sonra həyatı haqqında dəqiq məlumat mövcud deyil.

Vüsalə


media-adspc

Bənzər xəbərlər