Ömər Ərdoğandan maraqlı ÇIXIŞ-VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın nəvəsi Ömər Tayyib Ərdoğanın Bosfor Diplomatiya Forumundakı çıxışı maraqla qarşılanıb.
ERAmedia Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ömərin tədbir iştirakçıları qarşısında özünəinamlı şəkildə çıxışı tamaşaçıların diqqətini çəkib. Gənc Diplomatiya Assosiasiyasının vitse-prezidenti olan Prezidentin nəvəsi çıxışında qlobal məsələlərdə gənc siyasətçilərin rolunu xüsusilə vurğulayıb.
Qeyd edək ki, 18 yaşlı Ömər Tayyib Ərdoğan Nəcməddin Bilal Ərdoğan və Reyyan Uzuner cütlüyünün övladıdır.
Həmin görüntüləri təqdim edirik: