media-17889503622592222538_1200x630-1

Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.

ERAmedia-ya Güləş Federasiyasından bildirilib ki, bu il mayın 20-24-də Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında ədaləti qoruyan Samil Fəttayev və Nihad Muradov imtahandan uğurla keçərək kateqoriyalarını yüksəldiblər.

Buna qədər milli kateqoriyada daxili yarışlarda görüşləri idarə edən Nihad Muradov (Naxçıvan MR) III dərəcəli beynəlxalq hakim statusuna yüksəlib. Samil Fəttayev (Lənkəran) isə III dərəcədən II dərəcəyə çatıb.

Bununla da Azərbaycanın beynəlxalq güləş hakimlərinin sayı 24-ə çatıb.


media-adspc

Bənzər xəbərlər