media-1734430442191483098067614eeaed848
media-bant_master

“Kədərli bir gün kimi mənim yadımda qalır doğum günləri”.

ERAmedia xəbər verir ki, bu sözləri filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı Kamal Abdulla 75 illik yubilieyi barədə danışarkən deyib.

K.Abdulla qeyd edib ki, doğum gününə görə ətrafındakılar, onu sevənlər sevinir. Yazıçı da onların sevincinə şərik olur:

“Onların sevincinə bir söz deyə bilmərəm, amma mən özüm bir qədər qüssə içində doğum günlərimi xatırlayıram. Həyat mənə çox düşünüb, az danışmağı öyrədə bildisə, mən buna sevinərəm.

Biz yazı zamanı yaşadıqlarımızı qələmə alarkən heç də onları bütövlüyü ilə, tam rəngarəngliyi ilə qələmə ala bilmirik. Bizim dilimiz beynimizdə gedən qarşısında aciz qalır”.

Vural


media-adspc

Bənzər xəbərlər