"Onlar səni özləri kimi görürlər" - Müğənni
İnsan nə qədər yaxşı insan olsa belə, qarşınızdakı insan özü necədirsə, sizi də elə görəcək. Uzun müddətdir bunu müşahidə edirəm.
ERAmedia xəbər verir ki, bu barədə müğənni Nura Suri bildirib.
Onun sözlərinə görə, insanlar gileylənir ki, “Axı mən bu adama pis olmamışam, niyə mənə qarşı belə edir” Sizin yaxşı olmağınız sizə məxsusdur, onun pis olması da özünə məxsusdur.
“Siz nə etsəniz də, bu münasibət dəyişməz. Çünki qəlbi qara olan insan sizin işığınızı görə bilməz, görsə də qəbul etməz.
Ona görə insanların sizə olan münasibətini şəxsiləşdirməyin. Əvvəllər təəccüblənirdim, əsəbləşirdim, indi isə hamını olduğu kimi qəbul edirəm və heç kəsə, heç nəyi sübut etmək istəmirəm. “Allah köməyi olsun” deyib keçirəm”, – deyə o əlavə edib.
Müğənni qeyd edib ki, insanlar öyrəşiblər öz günahlarını kiminsə üstünə yıxmağa. “Adam tapmayanda isə “Lənət şeytana” deyib onun üstünə yıxırlar”, – deyə o bildirib.
Vüsalə









