media-whatsapp-image-2026-08-06-at-11-10-24

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Ruslan Polovinko, Zakir Məcidov və Cavanşir Rəhimovun anım günüdür.

ERAmedia xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərən Mi-24 döyüş vertolyotunun heyəti 1992-ci il avqustun 6-da Kasapet yüksəkliyi istiqamətində həyata keçirdikləri əməliyyat zamanı qəhrəmancasına şəhid olub.

Qubadlı, Laçın və Ağdərə istiqamətlərində keçirilən döyüş əməliyyatlarında düşmənə ağır zərbələr endirən pilot Ruslan Polovinko, bort texniki Zakir Məcidov və şturman Cavanşir Rəhimov Azərbaycan hərbi aviasiyasının tarixində silinməz iz qoyublar.

Kasapet yüksəkliyində Azərbaycan döyüşçülərinin mühasirəyə düşməsi barədə məlumat alan ekipaj dərhal havaya qalxaraq ardıcıl üç döyüş uçuşu həyata keçirib. Əməliyyat nəticəsində düşmənin canlı qüvvəsi və zirehli texnikasına ciddi zərbələr endirilib, mühasirədə qalan hərbçilərin bir hissəsi xilas edilib. Eyni zamanda yaralılar və şəhidlərin nəşləri təhlükəli ərazidən çıxarılıb.

Lakin dördüncü uçuş zamanı Mi-24 döyüş vertolyotu düşmən tərəfindən raket atəşi ilə vurulub. Ekipaj üzvləri son ana qədər tapşırığı yerinə yetirərək qəhrəmancasına şəhid olublar.

Onların göstərdiyi igidlik Azərbaycan hərb tarixinin şərəfli səhifələrindən biri kimi yaddaşlarda yaşayır. Ruslan Polovinko, Zakir Məcidov və Cavanşir Rəhimovun xatirəsi hər il ehtiramla anılır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər