media-17705663905556146989_1200x630

Stolüstü tennisçi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb.

ERAmedia -ya Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, idmançı “WTT Youth Star Contender Tunis 2026” turnirində U-15 kateqoriyasında əsas mükafata layiq görülüb.

Milli komandanın üzvü Tunisin eyniadlı paytaxtında keçirilən turnirin qoşa yarışlarında almaniyalı həmkarı Vanq Lukasla birgə bütün oyunları qələbə ilə başa vuraraq, 1-ci yeri tutub.

Şəxsi mübarizədə də inamla çıxış edən stolüstü tennisçi yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc mükafatı təmin edib.


media-adspc

Bənzər xəbərlər