media-1287470735874-122

“Transformers” franşizasında “Optimus Praym” obrazını səsləndirməsi ilə tanınan kanadalı səs aktyoru Piter Kallen 85 yaşında vəfat edib.

ERAmedia xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Nəşrin məlumatına görə, Kallen 27 avqust 2026-cı ildə ABŞ-nin Los-Anceles şəhərindəki evində dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Kallen onilliklər ərzində “Optimus Praym” obrazını səsləndirib. Onun səsi Maykl Beyin “Transformers” filmləri, “Bumblebee” və “Transformers: Rise of the Beasts” də daxil olmaqla, franşizaya aid çoxsaylı layihələrdə yer alıb.


media-adspc

Bənzər xəbərlər