Oqtay Əmənullayev vəzifəsindən azad olunub
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Oqtay Əmənullayev vəzifəsindən azad olunub.
ERAmedia İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, artıq kollektivlə sağollaşıb və buradakı fəaliyyətini yekunlaşdırıb.
Qeyd edək ki,O. Əmənullayev ötən ilin avqustundan bu vəzifədə çalışırdı. O, 2020-25-ci illərdə isə Astara RMX-nin direktoru vəzifəsində işləyib.










