media-screenshot_2026-04-20_191457

Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirib.

ERAmedia ” xəbər verir ki, hadisə ilə bağlı həmin qızın anası danışıb.

Ana iddia edib ki, hadisədə günahkar qonşusudur.

“Xəbərim olmayıb. Martın 31-i qızımı həkimə apardım, orada bildim ki, hamilədir. Qız deyir ki, qonşu Vəliyev Sabir ona təcavüz edib. O qonşu ilə gedişli-gəlişli olmuşuq. Yaxın idik”, – deyə o əlavə edib.

Adıçəkilən qonşunun atası isə bildirib ki, onun oğlunun bu məsələdə günahı yoxdur:

“6-7 nəfəri şöbəyə çağırıb izahat alıblar. DNT nəticələrində bilinəcək. Uşağımın üstünə şər atırlar”.

Faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında müvafiq araşdırmalara başlanılıb.

Daha ətraflı “APA TV”nin süjetində:


media-adspc

Bənzər xəbərlər