media-ads-728x90
media-1756132976_03efd66c11535a865656517e005f78d8
media-ads-728x90

Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay yeni təyinatı ilə əlaqədar ölkəmizdəki vəzifəsindən ayrılıb.

ERAmedia xəbər verir ki, o, Azərbaycan Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. O, bir müddət əvvəl səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, Bəxtiyar Ersay 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi xidmətə başlayıb. O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.


media-ads-728x90

Bənzər xəbərlər