terminal

Qazaxıstan Dəmir Yolları ilə birlikdə Aktau limanını inkişaf etdirməyi planlaşdırırıq. Bununla yanaşı, Orta Dəhliz boyunca 14 terminalın tikintisini də nəzərdə tutmuşuq.

ERAmedia xəbər verir ki, bu barədə Almaniyanın “Rhenus Group” şirkətinin İdarə Heyətinin sədri Tobias Barts Qazaxıstanın mətbuat nümayəndələrinə bildirib.

O qeyd edib ki, terminallar dəhlizin Özbəkistan, Qazaxıstan, Azərbaycan və Türkiyədən keçən hissələrində tikiləcək: “Sonra onlar bizim şirkətin Avropadakı şəbəkələri ilə birləşdiriləcək. Burada şirkətin 23 konteyner limanı və 70 liman sahəsi var. Bu layihə Mərkəzi Asiya ilə Avropa logistikasını bir şəbəkədə birləşdirəcək”.


media-adspc

Bənzər xəbərlər