Orxan Lökbatanlı yayılan xəbərlərə cavab verdi - “Allaha tapşırıram”
Tanınmış meyxanaçı Orxan Lökbatanlı barəsində yayılan ölüm xəbərinə aydınlıq gətirib.
ERAmedia xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında video paylaşıb.
Səs tellərindən əməliyyat olunan meyxanaçı xəbərlərdən təəssüfləndiyini bildirib:
“Hansısa vicdansız, ona azərbaycanlı demək olmaz. O elə azərbaycanlı düşmənidir. Götürüb xəbər yayıb ki, Orxan vəfat edib. Əvvəla, ölümü hər gün xatırlamaq lazımdır, amma Ramazan ayının ilk günü, niyyət axşamı bu qədər insanı narahat etmək… Belə bir adamı Allaha tapşırıram”.
***
Meyxanaçı Orxan Lökbatanlı vəfat edib.
ERAmedia metbuat.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.
Vəfat səbəbi olaraq boğazında şiş olması göstərilir.
Qeyd edək ki, Orxan Lökbatanlı xəstəxanaya yerləşdirilmişdi.









