media-176131008548816412968fb758592112
media-bant_master

Ötən həftə 252 yanğın olub, 6 nəfərin meyiti tapılıb.

Bu barədə ERAmedia-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 252 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 partlayış və 1 binada uçqun faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 70 nəfər xilas edilib, 12-si azyaşlı olmaqla 93 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, hadisələrdə 6 nəfər ölüb.


media-adspc

Bənzər xəbərlər