media-17731428592107146105_1200x630

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən martın 2-9-da icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ERAmedia-ya ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 8, tankəleyhinə 15 mina və 743 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 1191,2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.


media-adspc

Bənzər xəbərlər