Overçuk Azərbaycana səfər edəcək
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək.
ERAmedia-nın məlumatına görə Overçuk oktyabrın 13-14-də Bakıda səfərdə olacaq və Rusiya, Azərbaycan və İran arasında keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək.
Hazırda səfərin detallarının müzakirə edildiyi qeyd olunub.