Oxşar taleli aktyorlar - MARAQLI
“Məşədi İbad” – Əliağa Ağayev və “hambal” – Əhməd Rumlunun oxşar taleləri barədə maraqlı faktlar:
Hər ikisi Bakıda doğulub. Hər ikisinin vəfat günləri eynidir – bu gün noyabrın 13-ü…
Lakin Əhməd Rumlu 1982-ci ilin 13 noyabrında, Əliağa Ağayev isə düz 1 il sonra – 1983-cü ilin 13 noyabrında vəfat edib. Hər ikisi aktyor olub. Onlar həm də dost olublar. Hər ikisi uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıblar. Əhməd Rumlu peşəkar aktyor olmasa da, “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Kazbek” qutusu filmlərində əməyi olub.
Yeri gəlmişkən, Əhməd Rumlu hambal roluna Əliağa Ağayevin təklifi ilə çəkilib. Belə ki, filmdə hambal rolu üçün aktyor axtarılanda Əliağa müəllim rejissora Əhməd Rumlunu çəkməyi məsləhər görüb. Və rol uğurlu alınıb.
Əliağa Ağayev və Əhməd Rumlu “Bir məhəllədən iki nəfər” filmində də birlikdə çəkiliblər. Maraqlıdır ki, onlar “Kazbek” qutusu filmində birlikdə rol alıblar. Uğurlu hambal rolu, yaxşı səsi Əhməd Rumluya şan-şöhrət gətirib və o digər filmlərə də dəvət olunub. Cəmi 6 filmdə əməyi olan Əhməd Rumlu xasiyyətcə qapalı insan olduğundan sonrakı filmlərə çəkilməkdən imtina edib.










