Oynaqlar və əzələlər üçün MƏLHƏM
ERAmedia “1001 dərdin dərmanı” adlı rubrikanı oxuculara təqdim edir. Rubrikada elmi təbabətdən fərqli olaraq xalq təbabətinin faydalarından, dərmanların hazırlanmasından və istifadə qaydasından söhbət açılacaq.
Xalq təbabəti – xalq arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirilərək yaşadan qeyri-ənənəvi təbabət formasıdır. Elmi təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır. Həmin məlumatlat nəsildən-nəsilə şifahi yolla keçərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini tapmış, bir sıra yazılı mənbələrdə toplanmışdır.
Əməkdaşımız Tamilla Manaf bu gündən başlayaraq fərqli bir təbabətin sirlərini sizinlə bölüşəcək.
- 1001 dərdin dərmanı
Bu məlhəm ağrıları tez bir zamanda aradan qaldıracaq
Belinizin aşağı hissəsi, oynaqlarınız və ya əzələləriniz məşqdən sonra ağrıyırsa, bu resept sizin xilaskarınız olacaq.
Tərkibi:
– Kamfora spirti – 2 xörək qaşığı
– Çiy yumurta ağı– 1 yumurta
– Xardal tozu – 1 çay qaşığı
Hazırlanması:
- Bir qabda spirti, yumurta ağını və xardal tozunu qarışdırın.
- Qaymaqlı olana qədər qarışdırın.
- Bankaya tökün və soyuducuda saxlayın.
Məlhəmi təsirlənmiş nahiyəyə çəkin, parça ilə örtün və 20-30 dəqiqə saxlayın. Ağrı cəmi bir dəfə istifadədən sonra azalmağa başlayacaq!
Təəccüblü fakt:
Qədim dövrlərdə xardal güc və qələbənin simvolu hesab olunurdu və kamfora evi təmizləmək üçün rituallarda istifadə olunurdu.
Sağlam və xoşbəxt olun!
Tamilla Manaf









