media-k3ji5bcvjzlx9jmpdncexqiqk11frugbz9pjol0g_1200
media-bant_master

Dekabrın 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin ixrac potensialının artırılması və sahibkarların dövlət xidmətlərinə çıxışının sadələşdirilməsi tədbirləri ilə bağlı təqdimatı dinləyib və Azərbaycan nümunəsindən istifadə edərək “Biznes Yoldaşı” sahibkarlara dəstək mərkəzlərinin yaradılması təşəbbüsü ilə bağlı müvafiq tapşırıqlar verib.

ERAmedia xəbər verir ki, bu barədə Özbəkistan prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, layihə barədə dövlət başçısına Ticarət və Sənaye Palatasının sədri Davron Vahobov məlumat verib. Palata sədri “Özbəkistan 24” televiziya kanalına verdiyi müsahibədə yeni mərkəzlərin məhz Azərbaycan təcrübəsindən istifadə edilərək yaradılacağını xüsusi olaraq vurğulayıb.

Onun sözlərinə görə, belə bir sistem sahibkarlara problemlərinin 80 faizinə qədərini bir məkanda həll etməyə imkan verəcək.

Birinci mərhələdə mərkəzlər Cizak, Fərqanə və Əndican bölgələrində yaradılacaq.


media-adspc

Bənzər xəbərlər