media-w_1617917477945069612884_1200x630

media-w_1617917477941256746713_1200x630

“44” bədii filminin ssenarisini ilk oxuduğum gündən bu layihədə yer almaq məni çox həyəcanlandırıb.

ERAmedia xəbər verir ki, bunu oktyabrın 12-də “44” bədii filminin premyera mərasimində iştirak üçün Bakıya gələn türkiyəli aktrisa Özge Gürel Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Aktrisa Azərbaycana ilk dəfə “44” bədii filminin çəkilişləri zamanı gəldiyini vurğulayaraq bildirib ki, buraya gəlmək, vaxt keçirmək və Azərbaycan üçün böyük əhəmiyyət daşıyan bir hekayədə var olmaqdan qürur duyur.

“Filmi çox maraqla gözləyirəm. Tizerilər də çox yaxşı idi”, – deyə aktrisa qeyd edib.

Qeyd edək ki, oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi ictimaiyyətə təqdim ediləcək.


media-adspc

Bənzər xəbərlər