media-videoedited
media-image_940x_68f1f2401badd
media-shehidler_olmez_baner_full

Pakistan və Əfqanıstan arasında Dohada keçirilən danışıqlar zamanı dərhal atəşkəsin elan olunması barədə razılıq əldə edilib.

ERAmedia xəbər verir ki, bu barədə bəyanat Qətər Xarici İşlər Nazirliyinin “X” hesabında yer alıb. “Danışıqlar zamanı tərəflər dərhal atəşkəs barədə razılığa gəliblər”, – bəyanatda qeyd olunur.

Sənədi Əfqanıstan və Pakistanın müdafiə nazirləri Məhəmməd Yaqub Mücahid və Xavaca Asif, həmçinin Qətər və Türkiyə nümayəndələri imzalayıblar. Münaqişə tərəflərinin nümayəndə heyətləri atəşkəs rejimini qorumaq və ona tam əməl etmək üçün yaxın günlərdə məsləhətləşmələr aparmağa razılaşıblar.


media-adspc

Bənzər xəbərlər