Papa XIV Leonun ilk xarici səfəri Türkiyəyə edəcək
Roma Papası XIV Leo 27-30 noyabr tarixlərində Türkiyəni, 30 noyabr-2 dekabrda isə Livanı ziyarət edəcək.
ERAmedia-nin məlumatına görə, bu barədə Vatikanın Mətbuat Ofisinin rəhbəri Matteyo Bruni açıqlama verib. Bildirilir ki, səfər çərçivəsində Papa XIV Leo İznikdə keçiriləcək Birinci İznik Kilsə Məclisinə həsr olunmuş mərasimdə iştirak edəcək.
“Papa 325-ci ildə xristianlıq tarixində dönüş nöqtəsi sayılan məclisin keçirildiyi torpaqlara 1700 il sonra səfər edəcək”, – deyə Bruni qeyd edib. Vatikan mənbələrinin məlumatına görə, səfər zamanı Papa XIV Leo Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.