media-videoedited
media-17588036445272835261_1200x630
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Azərbaycan paraüzgüçüsü Roman Saley (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatında çıxışını başa vurub.

ERAmedia  xəbər verir ki, üçqat paralimpiya çempionu bu gün iştirak etdiyi 100 metr məsafəyə sərbəst üzmə üsulunda 54.01 saniyə nəticə ilə bürünc medal qazanıb.

Qeyd edək ki, dördqat dünya çempionu daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl, 50 metr məsafəyə sərbəst üzmə üsulunda 24.27 nəticə ilə gümüş, “butterfly” (kəpənək) üzmə üsulunda isə bürünc medala sahib çıxmışdı.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər