media-pexels-angele-j-35172-128401-1024x682
media-bant_master

Çərşənbə axşamı Macarıstan parlamenti süni yolla əldə olunan heyvan ətinin istehsalı və satışını qadağan edən qanun layihəsini qəbul edib. Səsvermənin nəticələri belə olub: 140 “lehinə”, 10 “əleyhinə” və 18 “bitərəf”. Qanun “insan sağlamlığının və ətraf mühitin qorunması, həmçinin dayanıqlı kənd təsərrüfatı istehsalının təmin edilməsi və ənənəvi kənd həyat tərzinin qorunması” məqsədi daşıyır.

ERAmedia xəbər verir ki, səsvermədən bir gün əvvəl Macarıstan Kənd Təsərrüfatı Nazirliyi hökumətin mövqeyini təsdiqləyib. Kənd təsərrüfatı naziri İştvan Nađ  sosial şəbəkələrdə  “Əgər biz qida istehsalını kənd təsərrüfatı torpaqlarından ayırsaq, öz mədəniyyətimizi itirərik. Məhz buna görə ölkəmiz Macarıstanda heyvan mənşəli ətin istehsalını və satışını qadağan edir,” — deyə o izah edib.

media-300x173

Nazir həmçinin vurğulayıb ki, qida istehsalı ilə kənd təsərrüfatı torpaqları arasındakı əlaqənin qorunması vacibdir, çünki bu, macar ənənələrinin və mədəniyyətinin əsasını təşkil edir. Onun sözlərinə görə, bu əlaqənin qırılması milli kimliyin itirilməsinə gətirib çıxara bilər. O hesab edir ki, laboratoriya şəraitində istehsal olunan ətin yayılması həyat tərzində dəyişiklik riski yaradır və bu dəyişiklik Avropa mədəniyyətini tamamilə alt-üst edə bilər.


media-adspc

Bənzər xəbərlər