media-whatsapp_image_2026-04-30_at_20-22-46

Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib.

ERAmedia xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

“Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin”,- paylaşımda deyilir.


media-adspc

Bənzər xəbərlər