Paşazadənin sözləri Ermənistanı niyə çalxaladı
“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ə səfəri çərçivəsində Nyu-York Park East sinaqoq kompleksində nüfuzlu yəhudi din xadimi ravvin Artur Şnayerlə görüşündəki bir cümləsi ilə İrəvanda yeni dalğa yaradıb”.
Bu fikirləri ERAmedia-ya açıqlamasında Regional məsələlər üzrə ekspert Firuz Novruzov bildirib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhə dair sənədin imzalanmasını yəhudi xalqının Sukkot bayramı ilə bir vaxta düşməsindən şad olduğunu bildirən ravvinə cavabında Şeyxülislam erməni kilsəsinin üfüqdə görünən sülhə qarş çıxdığını bildirib: “İki ökənin siyasi rəhbərliyi sülhə doğru addımlar atdığı zamanda erməni kilsəsi əlindəki “Kalaşnikov”u yerə qoymaq istəmir”.
Şeyxin qonşu Ermənistanda hamıya açıq mənbələrdəki informasiyaları xatırlatması Sarkisyan-Köçəryan cütlüyünün yaratdığı, içində Erməni Apostol Kilsəsinin də olduğu radikal erməni müxaliftini “silkələyib”.
Müxalifət, bu il oktyabrın 15-də Araqatsotn Yeparxiyasının rəhbəri yepiskop, üstəlik II Qareginin yaxın qohumu Mkrtiç Proşyan, habelə, keşiş Qaregin Arsenyan və işində mülki şəxslər də olan 13 nəfərin “ictimai toplantılarda iştiraka məcburetmə ittihamı ilə həbs edilməsini” Paşinyan iqtidarının Şeyxin sözlərinə reaksiya kimi təqdim edir. Təsadüfi deyil ki, katolikos II Qaregin dərhal saxlanılan keşişlərə “xeyir-duasını və dəstəyini çatdırmaq üçün” Araqatsotn Yeparxiyasının ruhani rəhbərləri ilə görüşüb.
Məsələnin Şeyxin uzaq ABŞ-da səsləndirdiyi həqiqətdən yox, Allah adından danışan erməni kiləsinin növbəti riyakarlığından doğduğunu erməni ictimaiyyətinin əksəriyyəti bilir. Orada onu da bilirlər ki, siyasətdən kənarda qalacağı əsasnaməsində qeyd olunan kilsənin siyasətə qoşulması 44 günlük müharbənin yox, 2018-ci il məxməri inqilabının nəticəndən yaranıb. Sadəcə olaraq, müharibənin ağır məğlubiyyəti erməni kilsəsi üçün gözlədikləri fürsət oldu.
2020-ci il dekabr ayının 21-də baş nazir Nikol Paşinyanın Zəngəzura səfəri çərçivəsində Surb Qriqor Lusavoriç kilsəsinə baş çəkmək istəyi keşişi Pargev Zeynalyan tərəfindən əngəllənəndən, “ona Allahın hökmünü gözləməyi” məsləhət görəndən sonra katolikosun münasibəti səslənməsə də, atdığı addımların səsi eşidilirdi. Bunun ardınca, Erməni Apstol Kilsəsi din xadimlrinin Paşinyan iqtidarına və onun şəxsinə qarşı ardıcıl mövqe qoymaları epizodik görünmür və karolikosun təlimatlarından xəbər verirdi.
Arxiyepiskop Baqrat Qalstanyanın şəxsində hökumətin istefası tələbi ilə başlayan növbəti dalğa 3 ayda sonra açıq çağırşlarına görə onun həbsi ilə nöbəti mərhələyə keçəndə, ardınca Rusiyadan “atılan desant”, milyarder Samvel Karapetyan Ermənistan iqtidarını “ağıllı olmağa” səsləyəndə, canlı efirdən “hökumətlə öz dilində danışmaq zamanının gəldiyini” elan etikdən, “hakimiyyəti güc yolu ilə devirməyə çağırışlarına görə” həbsindən sonra Eçmiədzində katolikos II Qareginin səsləndirdiyi bəyanat yayıldı: “Hakimiyyət tərəfindən başladılan antikilsə kampaniyası milli birliyə ciddi təhlükə yaradır və Ermənistan dövlətçiliyinə birbaşa zərbədir”.
Bu legitim hakimiyyətə qarşı əzələ nümayişi idi.
Baş nazir isə həmin hədə-qorxuya sosial şəbəkədə cavab verdi: “Bu proses tarixə əclafların uğursuz çevriliş cəhdi kimi düşəcək”.
Məsələ bunda deyil, ondadır ki, “tarixə əclafların uğursuz çevriliş cəhdi olaraq düşəcək” bu kampaniyada Şüyxülislamın adının hallandırılması erməni müxalifətinin siyasi əxlaqından xəbər verir- deyə, Firuz Novruzov əlavə edib.