Paşinyan bizim qatarın görüntülərini PAYLAŞIB
Ermənistanın Baş nazir Nikol Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın ölkə ərazisinə daxil olmasının görüntülərini paylaşıb.
ERAmedia-nın məlumatına görə, Paşinyan bu görüntüləri sosial şəbəkələrdəki səhifəsində paylaşıb.
“Sülh indi reallıq olub”, – o, videonun altında yazıb.










