media-pasinyan3
media-bant_master

Paşinyan hökumətinin KTMT dilemması – İrəvan bu qurumdan uzaqlaşmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalanana qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyəcək.

Bu sözləri ERAmedia-ya açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, əks halda Kreml parlament seçkisi öncəsi Paşinyana və onun partiyasına əlavə problemlər yaradacaq.

“Paşinyan və onun komanda üzvləri bunu anladıqlarından əvvəlki illərdən fərqli olaraq KTMT ilə bağlı sərt açıqlamalar verməkdən çəkinirlər. Təsadüfi deyil ki, Ermənistan rəsmiləri KTMT-nin tədbirlərində iştirak etməsələr də, təşkilatın qərarlarının qəbuluna əngəl olmayacaqlarını bildiriblər”, – deyə o əlavə edib.

Xatırladaq ki, Ermənistanın KTMT ilə münasibətləri son illərdə ciddi soyuqluqla xarakterizə olunur. Rəsmi İrəvan təşkilatın təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini iddia edir və buna görə KTMT-dən uzaqlaşmağa çalışır. Bununla belə, Paşinyan hökuməti hazırkı həssas dövrdə tam çıxışın siyasi risklərini nəzərə alaraq daha ehtiyatlı davranır. Ermənistan rəhbərliyi həm daxili sabitliyi qorumağa, həm də Azərbaycanla davam edən sülh danışıqlarında manevr imkanlarını itirməməyə çalışır. KTMT isə öz növbəsində İrəvanın passivliyinə baxmayaraq, Ermənistanın təşkilatdan rəsmi çıxışını gözləmədən status-kvonu qorumağa üstünlük verir.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər