media-dddd_2-_x588-quality90
media-bant_master

“Ermənistanla bağlı bir hadisə baş verib və ölkə öz mövqeyini bildirməlidir. Biz bunu ifadə etdik və hadisəni müsbət qiymətləndirdiyimizi vurğuladıq”- deyə, Baş nazir Nikol Paşinyan bugünkü brifinqdə Azərbaycandan yük daşınmasına icazə verdiyinə görə Azərbaycan prezidentinə dəfələrlə niyə təşəkkür etdiyini və bunun bir öhdəlik, yoxsa ictimaiyyətə sülh prosesini xatırlatmaq cəhdi olub-olmadığı ilə bağlı suala cavab verərkən bildirib.

ERAmedia xəbər verir ki, bunu Ermənistanın Baş naziri dekabrın 25-də keçirilən brifinqdə yaxınlarda bir neçə mühüm dəyişiklik baş verdiyini deyərrkən xatırladıb. Onun fikrinə görə Azərbaycan əvvəlcə Qazaxıstan, sonra Rusiyadan ölkəsinə gətirilən buğda idxalına qadağanı qaldırıb, Ermənistandan əks istiqamətdə dəmir yolu nəqliyyatına heç bir məhdudiyyət yoxdur, neft məhsullarının satışı üçün imkanlar və digər şərtlər yaradılıb.

Bu jestlərin qarşılığında ölkəsinin Azərbaycan dövlətinə “minnətdarlıq bildirməməsinin qəribə olacağını qeyd edən” Paşinyan bunu müxtəlif platformalarda etdiyini bildirərək, “adi hadisə kimi qarılanmasının” düzgün iş olmayacığını vurğulayıb.

O əlavə edib ki, minnətdarlıq ifadələri AİB iclası zamanı da səsləndirilib, çünki AİB daxilində əvvəllər mövcud olmayan dəmir yolu əlaqəsi yaradılıb. Paşinyan həmçinin vurğulayıb ki, minnətdarlıq bildirməyin məqsədi təkcə baş verənləri qiymətləndirmək deyil, həm də sülhün reallığa çevrildiyini nümayiş etdirməkdir.

Baş nazir Ermənistanın da Azərbaycana ixracını davam etdirəcəyinə ümid etdiyini bildirib: “Əgər hökumətin bu razılaşmaları dəstəkləmək üçün addımlar atmalı olduğu aydın olarsa, biz bunu edəcəyik”- deyə, əlavə edib.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər