Paşinyan koalisiyasız hökumət quracaq
Ermənistan Mərkəzi Seçki Komissiyası bülletenlərin 94%-nin işləndiyi 2006 seçki məntəqəsindən 1924-nün məlumatlarından istifadə edərək səhər saat 8:30-a olan seçki nəticələrini dərc edib.
ERAmedia xəbər verir ki, məlumatı Ermənistan Mərkəzi Seçki Komissiyası yayıb.
Nəticələrə görə, hakim “Mülki Müqavilə” partiyası 50,07% (689 675 səs) nəticə ilə liderlik edir.
İkinci yerdə 23,35% (321 597 səs) toplamış “Güclü Ermənistan” partiyalar ittifaqı, üçüncü yeri 9,96% (135 808 səs) qazanmış “Ermənistan” partiyalar ittifaqı tutur.
“Çiçəklənən Ermənistan” partiyası 3,99% (54 900 səs), beşinci yerdə “Birlik Qanadları” partiyası 2,28% (31 465 səs) dayanır.
Dəyişiklik baş verməsə, yeni parlamentdə üç siyasi qüvvə təmsil olunacaq: “Mülki Müqavilə”, “Güclü Ermənistan” ittifaqı və “Ermənistan” ittifaqı.
“Çiçəklənən Ermənistan” partiyası keçid həddinə yaxın olsa da, baryeri aşmır.
Ural Dəyirmançı










