Paşinyan "sükut günü"nü belə dəyərləndirib - VİDEO
Bu gün Ermənistanda ölkənin ən yüksək dövlət hakimiyyəti orqanı olan parlamentə seçkilərdə bütün təşviqatların qadağan olunduğu “sükut günü”dür.
ERAmedia erməni mətbuatına istinadən xəbər verir ki, parlamentə namizəd olan Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı jurnalistlərin obyektinə tuş gəlib.
Belə ki, siyasətçi Ermənistan Parlamentinin spikeri Alen Simonyanla birlikdə İrəvanda restoranların birində görüntülənib.









