media-ilsgpdiql0cwwiej5hompjmzd8yl4sszlukk5jzh_1200-1170x780
media-bant_master

Ermənistanın baş naziri Nikol Paşinyan Berlində Almaniya Beynəlxalq Münasibətlər Assosiasiyasında keçirilən görüş zamanı bildirib ki, hazırda ABŞ tərəfdaşları ilə “Donald Trampın beynəlxalq sülh və rifaha gedən marşrutu” (TRIPP Route) (Zəngəzur dəhlizi -red.) layihəsinin ümumi həyata keçirilmə şərtləri üzrə intensiv danışıqlar aparılır.

ERAmedia xəbər verir ki, baş nazirin sözlərinə görə, “TRIPP Company” Ermənistanda qeydiyyatdan keçiriləcək Ermənistan-ABŞ birgə müəssisəsi olacaq və dəmir yolu, avtomobil yolu, neft və qaz kəmərləri, eləcə də fiber-optik kabel infrastrukturlarının yaradılması üzrə hüquqlara sahib olacaq.

Paşinyan qeyd edib ki, layihənin faktiki icrası və tikinti mərhələsinə gələn ildən keçilməsi planlaşdırılır. Onun fikrincə, hökumətin “Sülh kəsişməsi” təşəbbüsünə tam uyğun olan bu layihə regionda əlavə əlaqələr və qarşılıqlı asılılıqlar yaradaraq sülhə töhfə verə bilər.

Baş nazir bildirib ki, “TRIPP” layihəsi, həmçinin Ermənistan–Türkiyə arasında kommunikasiya açılması Cənubi Qafqazı Avropa və Mərkəzi Asiya ilə birləşdirən Orta Dəhlizin mühüm tərkib hissəsinə çevrilə bilər.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər